Dərviş və qələndərlərin əllərində gəzdirdikləri və diləndikləri şeyləri içinə qoyduqları qab (kəşkül hind qozunun qabığından hazırlanır).
Əhməd vəzir salamın cavabını rədd edəndən sonra qalxıb dərvişin kəşkülünü aldı, içinə bir çəngə əşrəfi qoyub dərvişə qaytardı. (“Tahir və Zöhrə”)
*
Qarabaş gətirib qızılı kəşkülə salanda dərviş qızılı çıxardıb geri verdi, dedi:
– Bala, biz pul yığan dərvişdən deyilik. Bizim dərdimiz var, dərd əhliyik. (“Alı xan”)